Üzünüz gülsün

Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.


Ardı →

Sizin də belə bir xəritəniz varmı?

Bir xəritə təsəvvür edin və o xəritə sizin xarakterinizi, hətta arzularınızı, xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz.

Sizi kədərləndirən cəhətləri düzəltdikcə arzu etdiyiniz xarakterinizə yaxınlaşmış olacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzə daha çox inanmağa başlayacaqsınız.
Ardı →

Xoşbəxt sevginin 11 qaydası

Psixoloqlar sağlam həyat sürmək üçün əvvəlcə özəl həyatı qaydasına salmaq lazım olduğunu deyir.

Gündəlik stress və gərgin iş şəxsi həyata təsir edir. Psixloqlar qeyd edir ki, sağlam həyat yaşamaq üçün əvvəlcə şəxsi həyatı qaydasına salmaq lazımdır. 
Ardı →

Ailə münasibətlərini necə qorumalı?

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:
Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:
1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.
Sevgi dili “hədiyyə almaq”olanlara bəzi məsləhətlər:
1. Hədiyyələrlə özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız sizdən “Nə baş verir?” soruşsa “sadəcə sevgimizi artırıram” deyin.
2. Təbiət köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın). Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün, kiçik bir hamar daş  parçası evliliyinizdəki mübahisəli bir çox nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.
3. Əl işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.
4. Arvadınıza bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi istəməyəcək.
5. Bir “Hədiyyə fikirləri dəftəri” tutun. Arvadınız “ Bunu doğurdan çox sevirəm”, “Ah, bunlardan bir dənəsi də məndə olsaydı” kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin. Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə seçmək zamanında köməyinizə gələ bilər.
 
6. “Kömək edin, başım şişdi!” Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.
7. Varlığınızı hədiyyə edin. “Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını desən səninlə getmək üçün əlimdən gələni edərəm” deyin. Hazırlaşın! Kim bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.
8. Arvadınıza bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz, oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.
9. Uzunömürlü bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da həyəcanlanacaqdır.
10. Canlı bir hədiyyə verin. Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə ağacı əksəniz daha çox savab qazanarsız. 
Davamı →

Sevgililərin bilməli olduğu qaydalar

Uzun müddət və sağlam bir münasibət qurmaq istəyirsinizsə, həqiqətləri və sevdiyiniz insanı olduğu kimi qəbul etməlisiniz.

Sevgilinizin ailəsindən xoşunuz gəlməsə də, hörmət göstərmək məcburiyyətindəsiniz.

Bir-biriniz üçün nə qədər faydalı və nə qədər lazım olduğunuzu müəyyənləşdirin. Bir müddət sonra fikriniz dəyişə bilər. Ona görə də bu suallara məntiqli cavab verin.

Vacib məsələləri bölüşməlisiniz. Kişilər sirləri heç sevmir. Gizli qalan məqamlar sonradan yaxşı nəticələnməyə bilər.

Onu olduğu kimi qəbul edin və dəyişdirməyə çalışmayın.

Eyni fikirdə olmadığınız zaman mübasihəyə etməyin. Ortaq bir məxrəcə gəlməyə çalışın.  

Bir-birinizə qarşı hər zaman dürst davranın.

Sevdiyiniz insana hər gün sevdiyiniz bir xüsusiyyətini deyin.
Ardı →

Xoşbəxtliyin açarı | Anlayış


Bəzən elə olur ki, ailədə tərəflərdən biri ən adi bir məsələdə belə inad edir. Əslində ilk addımdan hər şeyə sərt reaksiya verməklə mövcud gərginliyi azaltmır, əksinə, artırır. Mütəxəssislər bildirirlər ki, evliliyin ilk aylarında adi bir şeyin ciddi münaqişəyə səbəb olması o qədər də nadir hal deyil.
 Ona görə də evliliyin ən azı ilk üç ili sınaq müddəti hesab olunur və statistika göstərir ki, boşanmaların 70 faizindən çoxu məhz bu mərhələdə baş verir.Yersiz qısqanclıq da ailənin təməlini sarsıdır. Əgər xanım hər gün “evə niyə gec gəldin?” “Telefonuma niyə cavab vermədin?”, “məni niyə gəzməyə aparmadın?” kimi suallarla həyat yoldaşını bezdirirsə, əlbəttə ki, qısa bir vaxtda hər şeyin təravəti itir.
Əgər kişi evə gec gəlirsə, qadının bütün şübhələrini gizlətməsi və onu gülərüzlə qarşılaması istər-istəməz öz səmərəsini verir. Araşdırmalar göstərir ki, bəzən gənc xanımlar qısqanclıqları ucbatından həyat yoldaşlarını hövsələdən çıxarır və qorxduqları sonluğu özləri gətirirlər.
Davamı →

86.400 Saniyə

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul yüklənir, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən. Pulu istifadə etsən də istifadə etməsən da hesab hər axşam sıfırlanır.
Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan. Hamımız, Zaman adlı bu bankın müştəriləriyik.
  Hər səhər 86.400 saniyəyə sahib oluruq. Hər səhər hesabımız dolar, hər axşam boşalar. Geri dönüş yox, saniyələrini bu anı yaşayaraq xərclə, ən yaxşısı bunlara sərmayə qoy: Xoşbəxtlik, sağlamlıqmüvəffəqiyyət üçün Zaman qaçır. Hər gün üçün ən yaxşısını et.
  Bir ilin dəyərini anlamaq üçün onu  sinifdə qalmış bir şagirddən soruş.
  Bir ayın dəyərini anlamaq üçün, onu 8 aylıq bir körpə dünyaya gətirən anadan soruş.
  Bir həftənin dəyərini anlamaq üçün, onu həftəlik jurnal dərc edən bir zəhmətkeşdən soruş.
  Bir saatın dəyərini anlamaq üçün, onu qovuşmağı gözləyən sevgililərdən soruş.
  Bir dəqiqənin dəyərini anlamaq üçün, onu qatarın qaçıran sərnişindən soruş.
  Bir saniyənin dəyərini anlamaq üçün, onu bir qəzanın qarşısını ala bilməyən sürücüdən soruş.
  Bir saniyənin yüzdə birinin dəyərini anlamaq üçün, onu olimpiadalarda qaçış üzrə gümüş medal qazanan idmançıdan soruş.
  Hər anını qiymətləndir, hər dəqiqəni çox xüsusi biriylə paylaş. Zamanına ortaq edə biləcəyin qədər xüsusi biriylə.
  Unutma! Zaman heç kim üçün dayanmaz. Keçmiş zaman tarixdir. Gələcək zaman sirlər, məchullarla dolu.
  Yalnız bu an sənə verilən gerçək bir hədiyyədir! 
Davamı →